Qubadlı rayonu ərazisindən keçən Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə balıq körpələri buraxılıb. Bu barədə məlumat aprelin 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib.
Məlumata görə, çaya 2 000 qızıl xallı farel körpəsi buraxılıb.