26 hərbçinin pulunu dələduzluq yolu ilə ələ keçirən həkim həbs edilib. Bu barədə aprelin 29-da Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədova müayinələrdən keçmiş hərbçilərin guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib. Cavabların müsbət yazılması müqabilində 26 nəfərdən aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaiti tələb edərək ələ keçirib.
N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.