Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu xidmət vaxtı piyada əleyhinə minaya düşüb. Bu barədə DİN məlumat yayıb.
Hadisə oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə baş verib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, minaya düşən 1999-cu il təvəllüdlü S. Adgözəlov ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.