HƏMAS-nin tanınmış maliyyəçilərindən biri olan Sübhi Fervana məhv edilib. Bu barədə 19 dekabr tarixində Report İsrail Müdafiə Ordusuna istinadən bildirib.
O, Qəzza zolağında Pilotsuz Uçuş Aparatının (PUA) hücumları nəticəsində zərərsizləşdirilib. Məlumata görə, S.Fervana HƏMAS-yə on milyonlarla dolların köçürülməsində iştirak edib.
Bildirilib ki, bu maliyyə dəstəyi müharibənin daha da uzanmasına səbəb olub.