Heydər Əliyev Sarayında dəyişikliklər olacaq. Bu barədə Report 12 dekabr tarixində xəbər verib.
Sarayın direktoru İlham Qasımovun sözlərinə görə, iki həftəyə yaxındır iş başındadır:
“Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq”.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.