Hindistanda anomal istilər nəticəsində 24 saat ərzində azı 20 nəfər ölüb.
Bu barədə İnsanoid Reuters-ə istinadən bu gün, 31 may tarixində xəbər verir.
Son 24 saat ərzində ən çox insan ölkənin şərqindəki Bihar və Odişa ştatında ölüb. Həmin ştatda 15 nəfər həlak olub.
Carkhand ştatında isə anomal istilər 4 nəfərin ölümünə səbəb olub. Qərbi Racastan əyalətində isə səlahiyyətlilər 5 nəfərin öldüyü barədə məlumat veriblər.