Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində azı 66 nəfər ölüb.
Bu barədə İnsanoid bu gün, 16 avqust tarixində “India Today”ə istinadən xəbər verir.
Hindistanın Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Leysan torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.
Ən çox itki Himçal-Pradeş ştatında qeydə alınıb. Burada 60 nəfər həyatını itirib.
Himçal-Pradeşdə daha 2 gün, Uttarxandda isə daha 4 gün yağışlı hava şəraitinin olacağı proqnozlaşdırılır.