Hindistanın cənubundakı Kerala ştatında sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə İnsanoid TASS-yə istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Daha əvvəl 24 ölü və ən azı 70 yaralının olduğu bildirilmişdi.
Ştatın səhiyyə naziri Vina Corcun jurnalistlərə verdiyi açıqlamaya görə, hadisə yerində körpü uçduğu üçün xilasedicilərin əraziyə girişi çətinləşib.