Amerikalı sahibkar İlon Mask mobil rabitədən istifadəni dayandıracağını və əvəzinə “X” sosial şəbəkədən istifadə edəcəyini bildirib. Bu barədə 10 fevral tarixində Sfera.az xəbər verir.
“Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız mətn və audio/video zənglər üçün “X”dən istifadə edəcəyəm", - Mask deyib.
Mask belə qərarı hansı səbəbdən verdiyini açıqlamayıb.