Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub. Bu barədə İnsanoid 9 avqust tarixində Report-a istinadən məlumat verir.
Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan İmran Xan sözügedən cinayət işi çərçivəsində 3 il həbs cəzası alıb.
Həbs cəzası əsas gətirilərək ona 5 illik siyasi qadağa qoyulub.
Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.