İndoneziyanın Şimali Maluku əyalətinin sahilində 6,2 maqnitudalı zəlzələ olub. Bu barədə İnsanoid 22 noyabr tarixində xəbər verir.
Bu barədə İnsanoid Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən bu gün, 22 noyabr tarixində məlumat verir.
Yeraltı təkanların episentri əhalisi təqribən 10 min nəfər olan Tobelo şəhərindən 89 km qərbdə yerləşib. Qeyd olunub ki, seysmohadisənin ocağı 103 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.