Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib. Bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.
Bu barədə 28 noyabr tarixində Report məlumat verib.
Xatırladaq ki, İnarə Vəliyeva 2021-ci ilin oktyabr ayından Agentliyə rəhbərlik edir.