Almaniya tərəfindən çıxarılan İnterpolun qırmızı bülleteni ilə axtarışda olan narkotik kartelinin rəhbərlərindən biri Sammy Ali İstanbulda saxlanılıb.
Bu barədə APA 16 yanvar tarixində məlumat verib.
Türkiyə daxili işlər naziri Əli Yerliqaya bildirib ki,narkotik ticarətçisi “Kartel-4” əməliyyatı ilə İstanbulda saxlanılıb.