İordaniya və Misir fələstinliləri qəbul etmək istəmir. Bu barədə İnsanoid bu gün, 17 oktyabr tarixində Financial Times-a istinadən xəbər verir.
İordaniya Kralı II Abdullah: “Qaçqınları qəbul etmək qırmızı xətdir” deyib.
Onun sözlərinə görə, hazırda nə İordaniyada, nə də Misirdə oktyabrın 7-dən sonra Qəzza zolağından gələn fələstinli yoxdur.
Yüksək rütbəli Misir rəsmisi avropalı həmkarlarına müraciət edib:
“Siz bizim bir milyon insanı qəbul etməyimizi istəyirsiniz? İnsan haqlarına o qədər əhəmiyyət verirsinizsə, siz də onları qəbul edin”.
Misirin Qərb diplomatlarına mesajı aydındır: ölkə Qəzza zolağına yardım çatdıracaq, lakin çoxlu sayda fələstinlinin qəbuluna qəti şəkildə qarşıdır.