İran ordusu və İnqilab Keşikçiləri Korpusu (SEPAH) hava hücumundan müdafiə üzrə birgə təlim keçirəcək. Bu barədə Report 17 yanvar tarixində xəbər verib.
İranda “Vilayətin səmasının müdafiəsi - 1402” adı altında ixtisaslaşmış hava hücumundan müdafiə təlimləri keçiriləcək.
Təlimlərin tarixi və yeri açıqlanmayıb.