İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran-Pakistan sərhədində, eləcə də Pakistan ərazisində yerləşən bəlucların “Ceyş əl-Ədl” hərbiləşdirilmiş qruplaşmasının hədəflərinə raket zərbələri endirib. Bu barədə İnsanoid Guney Azfront-a istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalı Pakistandakı 2 “Ceyş əl-Ədl” qərargahının “dron hücumu nəticəsində məhv edildiyini” bildirib.
İnsident nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir. Pakistan Xarici İşlər Nazirliyi bunu pisləyib:
“Daha narahatedici odur ki, bu, Pakistan və İran arasında bir neçə rabitə kanalının olmasına baxmayaraq, baş verib”.