İranda siyasi təhlükəsizlik məsələləri ilə bağlı azı 12 nəfər barəsində edam hökmü çıxarılıb. Bu barədə İnsanoid “İran international”a istinadən bu gün, 18 yanvar tarixində xəbər verir.
Möhsün Məzlum, Pejman Fatehi, Vəfa Azərbar, Həcir Fəramərzi, Ənvər Xezri, Kamran Şeyxi, Fərhad Səlimi, Xosrov Bəşarat, Reza Rəsai, Fərşid Hasan, Mənsur Dexmarde və Mücahid Korkor İranın siyasi və təhlükəsizlik məsələlərini təhdid etməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum ediliblər.
Onlar İranın Evin, Kezal-Hesar, Kərəc, Şiban, Əhvaz, Dizəlabad, Kermanşah və Zahidandakı həbsxanalarında saxlanılır.