İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində baş verən 4,7 maqnitudalı zəlzələ nəticəsində 71 nəfər yaralanıb. Bu barədə İnsanoid yerli mediaya istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Zahidandakı Xatəmül-Ənbiya xəstəxanasının baş həkimi Məhəmməd Rza Mirhadinin sözlərinə görə, insanlar pilləkəndən düşəndə, eləcə də çarpayıdan yıxılan zaman yaralanıblar. Onlara hospitalda tibbi yardım göstərilir.
Zəlzələ 10 km dərinlikdə baş verib.