Dünən İranda qətlə yetirilən HƏMAS-nin siyasi bürosunun rəhbəri İsmayıl Həniyə üçün Tehranda cənazə mərasimi keçirilir.
Bu barədə 1 avqust tarixində APA məlumat yayıb.
HƏMAS lideri üçün cənazə namazını İranın Ali Rəhbəri Seyid Əli Xamenei qıldıracaq.
Mərasimdən sonra Həniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə göndəriləcək.