İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə Report 16 dekabr tarixində xəbər verib.
Bu barədə Fars əyaləti Hava Limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib ki, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. F.Keşavərz deyib ki, hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb.