İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu olub. Bu barədə Report 25 noyabr tarixində İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadamiyə istinadən bildirib.
Fəlakət nəticəsində itkin düşən 9 alpinistdən 5-i ölüb, 4-ü isə yaralanıb.
5 alpinistin cəsədi uçqun altından çıxarılıb və Qızıl Aypara Cəmiyyətinin helikopteri ilə daşınıb.