İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib. Bu barədə İnsanoid İran KİV-lərinə istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.
İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.