Ermənistanın Ararat rayonundan olan balıqçılıq təsərrüfatlarının nümayəndələri İrəvanın mərkəzində aksiya keçirirlər. Bu barədə İnsanoid “Sputnik Armenia”ya istinadən bu gün, 11 dekabr tarixində xəbər verir.
Onlar Ekologiya Nazirliyindən Su Məcəlləsinə dəyişikliyin təxirə salınmasını tələb edirlər.
Etirazçıların sözlərinə görə, onlara yeraltı quyuların suyundan istifadə qaydasını hazırlamaq üçün işçi qrupuna daxil ediləcəkləri barədə söz verilmişdi: “Amma 15 gün keçdi və heç kim bizimlə əlaqə saxlamadı. Üstəlik, nazir nümayəndəmizi qəbul etməkdən imtina edib”.