Ermənistanda etiraz aksiyalarının ardı-arası kəsilmir. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 31 may tarixində xəbər verir.
Vəziyyətin gərginləşməsi nəticəsində İrəvanda polislə iştirakçılar arasında toqquşmalar baş verib. Polislər iştirakçıların saxlanılması zamanı onlara qarşı zorakılıq edirlər.
Keşiş Baqrat Qalstanyan əhaliyə müraciət edərək onları Xarici İşlər Nazirliyinin binasına yaxınlaşmağa çağırıb.
Güc strukturunun əməkdaşları aksiya iştirakçılarının qarşısını kəsiblər.