İrəvanda avtomobil idxalçıları Vergi Məcəlləsinə edilən düzəlişlərdən narazı olduqları üçün hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə İnsanoid Ermənistan KİV-lərinə istinadən bu gün, 23 noyabr tarixində məlumat verir.
Qəbul edilmiş düzəlişlər hüquqi şəxsləri ölkəyə gətirdikləri avtomobilləri maya dəyərindən 20 faiz baha qiymətə satmağa məcbur edir.
İdxalçılar hesab edirlər ki, bu, qiymətlərin artmasına və satışların sayının azalmasına səbəb olacaq.
Buna görə səlahiyyətlilərdən qanunun tətbiqini bir neçə ay təxirə salmağı tələb edirlər, çünki Amerika hərraclarından satın alınan avtomobillər yoldadır və qiymət artıq alıcı ilə razılaşdırılıb.