“Vətən uğrunda Tavuş” hərəkatı İrəvanın Ərəbkir inzibati rayonundakı Surb Xaç kilsəsindən Ermənistan İstintaq Komitəsinin binasına doğru yürüşə başlayıb.
Bu barədə İnsanoid Ermənistan KİV-lərə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
Yürüş başlamazdan əvvəl hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyan qeyd edib ki, etirazçılar komitəyə tələblər təqdim etmək niyyətindədirlər.
Eyni zamanda o, əlavə edib ki, Ermənistanda bütün qərarları bir nəfər qəbul edir və bunu hamı bilir.
B.Qalstanyan bildirib ki, xarici səfirlər hər şeyi görür, qeydə alır, amma Ermənistan hakimiyyəti ilə razılaşmalara əsaslanaraq susurlar.