İrəvanın Tbilisi şosesində anbarda güclü yanğın baş verib. Bu barədə İnsanoid yerli mediaya istinadən bu gün, 10 fevral tarixində xəbər verir.
İlkin məlumata görə, yanğın 6 min kvadratmetr ərazini əhatə edib.
Hadisə yerinə 12 yanğınsöndürən və xilasedicilər cəlb olunublar.
Yanğının səbəbi hələ ki məlum deyil.