Ermənistanın paytaxtında etirazlar davam edir, polis hökumət evinin binasını mühasirəyə alıb. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 30 may tarixində xəbər verir.
Polislə “Vətən Uğrunda Tavuş” hərəkatının Ermənistan hökumətinin binası qarşısında itaətsizlik aksiyası keçirən iştirakçıları arasında toqquşma olub.
Polis onlardan yolun hərəkət hissəsindən çıxmağı tələb edib, lakin kütlə buna tabe olmayıb.
Aksiya zamanı polislə yaşanan toqquşma nəticəsində 9 nəfər saxlanılıb.