Bu gün, aprelin 26-da sağlamlığa zərər vurmada təqsirləndirilən 7 nəfərə hökm oxunub. Bu barədə Report məlumat yayıb.
Hökmə əsasən, Nurlan Bəşirov 4 il, Bəhruz Əhmədov 3 il 6 ay, Fariz Daşdəmirov 3 il, Mirafiq Bəşirov 15 il, Zaur Cəlilli 3 il 6 ay, Namiq Alagözov 3 il, Vüsal Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı V.Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
V.Əliyev anasına saxta sənədlər əsasında təqaüd təyin edib. Bunun üzə çıxmasında nazirliyin digər əməkdaşını günahkar bildiyindən onu döydürüb.
O, 2020-ci ilin martında həmin əməkdaşın məhkəmədə şahid qismində iştirakının qarşısının alınması üçün onun döyülməsini təcridxanada onunla eyni kamerada qalan M.Bəşirova sifariş edib.
Mirafiq Bəşirov azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq bu barədə onu məlumatlandırıb. N.Bəşirov tanışları ilə birləşərək zərərçəkmişi döyüb.
Daha sonra V.Əliyev M.Bəşirova keçmiş iş yoldaşının bıçaqlanmasını sifariş edib. Cari ilin aprelin 22-də N.Alagözov vasitəsilə həmin şəxsə bıçaqla xəsarətlər yetirilib.
Adları sadalanan şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.