HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İnsanoid İran mətbuatına istinadən bu gün, 31 iyul tarixində xəbər verir.
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.
Onun sözlərinə görə, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.
KİV bildirib ki, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.