İsmayıllıda bıçaqlanma hadisəsi olub. Bu barədə 21 dekabr tarixində APA məlumat verib.
Belə ki, 53 yaşlı rayon sakini Sübhan Dadaşov bıçaqlanıb. Onun 1994-cü il təvəllüdlü oğlu Emin Maarifli tərəfindən bıçaqlandığı bildirilir. S.Dadaşov xəstəxanaya yerləşdirilib.
Emin Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.