İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Bu barədə 5 iyul tarixində Report məlumat verib.
Belə ki, rayonun Zərnava kənd sakini, 18 yaşlı Baxışov Elman Durasan oğlu qonaq getdiyi evin zirzəmisində özünü kəndirlə asaraq öldürüb.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı araşdırma aparılır.