İsmayıllıda keçmiş məhkumdan narkotik götürülüb. Bu barədə 24 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.