İyulun 17-də saat 14:00 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə 17 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.