Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları İsmayıllı rayonunda nəzarət tədbirləri keçiriblər. BU barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 5 iyul tarixində xəbər verir.
Nəzarət tədbirləri zamanı Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonunun Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.