İsrailin HƏMAS ilə müharibəyə görə maliyyə xərcləri 198 milyard şekel (53 milyard ABŞ dolları) təşkil edib. Bu barədə 28 noyabr tarixində Report İsrail Mərkəzi Bankının hesabatına istinadən məlumat verib.
Hesabatda bildirilib ki, bu məbləğin 107 milyard şekeli (təxminən 28,8 milyard ABŞ dolları) müdafiə xərclərinin payına düşür. Qalan xərclər birbaşa və ya dolayısı ilə zərərin ödənilməsi, mülki xərclər, vergi gəlirlərinin itirilməsi və s.-yə aiddir.
Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun HƏMAS-yə qarşı hərbi əməliyyatı hər gün təxminən 260 milyon ABŞ dollarına başa gəlir.