HƏMAS qruplaşmasının “İzzəddin əl-Kassam briqadası”nın hərbi qanadının mərkəzi hissəsinin komandiri “Əbu Əhməd” ləqəbli Husal Ayman zərərsizləşdirilib.
Bu barədə İnsanoid İsrail Müdafiə Ordusuna istinadən bu gün, 17 oktyabr tarixində məlumat verir.
O, İsrail Müdafiə Ordusunun Qəzza zolağının mərkəzinə hücumu nəticəsində öldürülüb.
HƏMAS oktyabrın 17-də İsrailin endirdiyi zərbələr nəticəsində iki yüksək rütbəli üzvünün öldüyünü də təsdiqləyib.