İsrail hərbçiləri Qəzzada HƏMAS-nin 3 komandirini məhv ediblər. Bu barədə 20 noyabr tarixində Report İsrail Müdafiə Ordusuna istinadən məlumat verib.
Qeyd olunub ki, hər 3 rəhbər şəxs eyni əməliyyat çərçivəsində öldürülüb.
Komandirlərin adları hələ ki açıqlanmayıb. İsrail Müdafiə Ordusu quru əməliyyatlarının davam etdiyini vurğulayıb.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.