Qəzza zolağında İsrail Müdafiə Ordusunun zərərsizləşdirdiyi HƏMAS hərəkatının yaraqlılarının sayı açıqlanıb.Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 dekabr tarixində xəbər verir.
“İsrail Müdafiə Ordusu Qəzza zolağında oktyabrın 7-dən bəri HƏMAS hərəkatının 8 min yaraqlısını zərərsizləşdirib”, - nəşrin məlumatında qeyd olunub.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrailin sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüblər və uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 200-dən çox insan girov götürülüb.
İsrail tərəfi buna cavab olaraq, bu günə qədər davam edən “Dəmir Qılınclar” adlı hərbi əməliyyatlara başlayıb.