İsrail Müdafiə Ordusu dekabrın 6-da Livan ərazisində “Hizbullah” qruplaşmasının obyektlərinə zərbələr endirib. Bu barədə İnsanoid İsrail Müdafiə Ordusuna istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Müdafiə Ordusu Livanın cənubuna tank, artilleriya ilə hücum edib. Bundan başqa, İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələri “Hizbullah”ın əməliyyat qərargahı və infrastrukturlarına zərbə endirib.
Livan ərazisindən İsrailin Ərəb əl-Aramşa bölgəsi və Hermon dağındakı hərbi postları atəşə tutandan sonra Müdafiə qüvvələri raketlərlə cavab atəşi açıb.