İsrail ordusunun Suriyanın Dəməşq şəhərini bombalaması nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 5 əməkdaşı ölüb. Bu barədə İnsanoid bu gün, 20 yanvar tarixində xəbər verir.
“France Press” Agentliyinin məlumatına əsasən, hadisə SEPAH üzvlərinin İrana aid bir qərargahda iclas keçirdiyi zaman baş verib.
Təxminən bir ay əvvəl İsrailin Dəməşqə hava zərbələri nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvi də ölmüşdü. O, 4 il öncə ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilmiş SEPAH-nin Qüds qolunun komandanı general Qasım Süleymaninin ən yaxın adamı sayılırdı.
[caption id="attachment_159591" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]