İsrail ordusu tərəfindən HƏMAS-nin komandirlərindən olan Əhməd Siami öldürülüb. Bu barədə 11 noyabr tarixində Report İsrail Müdafiə Ordusuna istinadən bildirib.
O, qruplaşmanın Naser Radvan qolunun komandiri idi.
Xatırladaq ki, bu il oktyabrın 7-də HƏMAS ilə İsrail arasında müharibə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirib ki, HƏMAS məhv olananadək müharibə davam edəcək.