İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-nin Şimal briqadasının snayper bölməsinin komandiri Məhəmməd Kaxlotu, Noxbanın bölük komandiri Əhməd Musanı, Qərbi Cabaliyanın manqa komandiri Ömər Əlxandini zərərsizləşdirib. Bu barədə 10 noyabr tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Bildirilib ki, Əhməd Musa son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edirmiş.
Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-nin 19 silahlısı hücum edib. Onlar zərərsizləşdiriliblər, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub.