İsrail Müdafiə Ordusu İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib. Bu barədə İnsanoid İsrail ordusunun sözçüsü Daniel Xaqariyə istinadən bu gün, 2 dekabr tarixində xəbər verir.
O bildirib ki, həmin şəxslərin adları açıqlanıb: Eliyahu Marqalit, Mia Qoren, Ronen Enqel və Arye Zalmanoviç.
D.Xaqari bildirib ki, onların ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.