İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırıldıqdan sonra da çatışmazlıq yoxdur. Bu barədə İnsanoid İsrail mediasına istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Səfərbər olunan qüvvələr “Dəmir Qılınclar” əməliyyatına cəlb ediliblər.
Məlumata görə, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.
İsrail silahlı qüvvələrinin mətbuat xidmətindən bildirilib ki, orduda 300 min ehtiyatda olan hərbçinin səfərbər edilməsindən sonra belə, "nə texnika, nə də təchizat çatışmazlığı yoxdur”.