İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının mərkəzi və cənub hissələrinə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb. Bu barədə İnsanoid TASS-yə istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrail qüvvələrinin Fələstin anklavında yerləşən Əl-Bureyc qaçqın düşərgəsinə daxil olduğunu elan etməsi, qırıcı təyyarələrin və artilleriyanın bölgədəki hədəflərə zərbələr endirməsi nəticəsində çox sayda mülki vətəndaş da yaralanıb.