İsrail Qəzzanın cənubunda gedən döyüşlərdə 21 əsgərini itirib. Bu barədə 23 yanvar tarixində APA məlumat verib.
Faktı İsrail ordusu təsdiqləyib. Bu, İsrailin Qəzza zolağında gedən döyüşlərdə bir dəfəyə ən böyük hərbçi itkisidir.
Hərbçilər iki ikimərtəbəli binada baş verən partlayışdan sonra dağıntıların altında qalıblar.
İsrailin Qəzzada öldürülən əsgərlərinin sayının 219-a çatdığı bildirilir.