İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Qəzzanın tibbi mənbələri bildirib ki, İsrail qüvvələri Qəzzadakı “Əl-Şifa” xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə xəstəxananı boşaltmaları üçün bir saat vaxt verib.
İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq, “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq, ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.