İsrailin Yerusəlim şəhərinə 10-dan çox raket atılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Şəhərdə ard-arda partlayışlar qeydə alınıb.
Raket hücumu ilə əlaqədar Yerusəlimdə hava hücumundan xəbərdarlıq elan olunub.
İsrailin Baş naziri Benyamin Netenyahu isə bəyan edib ki, ölkəsi Qəzzaya quru qoşunları göndərəcək. O söyləyib ki, İsrail buna məcbur olub.