HƏMAS-nin İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb. Bu barədə İnsanoid “The Times of İsrael” nəşrinə istinadən bu gün, 12 oktyabr tarixində məlumat verir.
Müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Eyni zamanda 150 nəfərin HƏMAS tərəfindən girov götürüldüyü vurğulanıb.